...

Business Service Centre - “Vergi Qanunvericiliyinə edilmiş dəyişikliklərin praktiki tətbiqi”

İqtisadiyyat Materials 12 Aprel 2019 15:28 (UTC +04:00)
“Vergi Qanunvericiliyinə edilmiş dəyişikliklərin praktiki tətbiqi” mövzusunda seminar təşkil edilib.
Business Service Centre - “Vergi Qanunvericiliyinə edilmiş dəyişikliklərin praktiki tətbiqi”

Bakı. Trend:

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanunun (bundan sonra “Qanun”) tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 20 dekabr 2018-ci ildə Fərman imzalanıb.

Qeyd edək ki, Qanun 1 yanvar 2019-cu ildən qüvvəyə minib.

Sahibkarlar tərəfindən bu mövzu yetərincə maraq kəsb etdiyini nəzərə alaraq, Business Service Centre (BSC) şirkəti “Vergi Qanunvericiliyinə edilmiş dəyişikliklərin praktiki tətbiqi” mövzusunda seminar təşkil edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, seminarda Vergi məcəlləsinə daxil edilmiş yeni anlayışlar, artırılmış maliyyə sanksiyaları, nağd pul vəsaitlərinin dövriyyəsi ilə bağlı gözlənilən tələblər,elektron qaimə fakturanın tətbiqi ilə bağlı praktiki çətinliklər, gəlir vergisi ilə bağlı yeni azadolma və güzəştlər, borclanma ilə bağlı məhdudiyyətlər, ƏDV-dən yeni azad olmalar, vergi inzibatçılığı, vergi nəzarəti sahəsində yeniliklərlə bağlı mövzular ətraflı müzakirə edilib və sahibkarların sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti