...

İlk DOST könüllüləri Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzində fəaliyyətə başlayıblar (FOTO)

İqtisadiyyat Materials 13 Aprel 2019 15:33 (UTC +04:00)
DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” Mərkəzlərində ASAN Könüllülük Məktəbinin “Master 2” pilləsi çərçivəsində könüllülük fəaliyətinin təşkili prossesi davam edir.
İlk DOST könüllüləri Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzində fəaliyyətə başlayıblar (FOTO)

Bakı. Trend:

DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” Mərkəzlərində ASAN Könüllülük Məktəbinin “Master 2” pilləsi çərçivəsində könüllülük fəaliyətinin təşkili prossesi davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, təcrübə keçmək üçün seçilmiş 20 könüllüyə mütəxəssislər tərəfindən DOST Agentliyinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Onlar, həmçinin könüllülük fəaliyyəti, “DOST” Mərkəzlərində göstərilən xidmətlər, eləcə də istifadə olunacaq təhlil və monitorinq alətləri ilə yaxından tanış olublar.

Təlimdən sonra DOST Könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzində fəaliyyətə başlayıblar. Üçnövbəli iş rejimində fəaliyyət göstərəcəkləri 2 ay boyunca könüllülər üçün həvəsləndirici tədbir və təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, könüllülük fəaliyyətinin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ASAN Xidmət arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memoranduma əsasən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti