...

Aİ enerji səmərəliliyi üzrə layihədə iştirakı üçün Azərbaycana milyonlarla dollar ayırmağı planlaşdırır

İqtisadiyyat Materials 17 Aprel 2019 17:01 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycanın Enerji səmərəliliyi və ekologiya üzrə Şərqi Avropa tərəfdaşlığı proqramına (E5P Fondu) qoşulacağı təqdirdə ölkəyə 5 milyondan 10 milyon dollaradək vəsait ayıra bilər
Aİ enerji səmərəliliyi üzrə layihədə iştirakı üçün Azərbaycana milyonlarla dollar ayırmağı planlaşdırır

Bakı. Sara İsrafilbəyova - Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanın Enerji səmərəliliyi və ekologiya üzrə Şərqi Avropa tərəfdaşlığı proqramına (E5P Fondu) qoşulacağı təqdirdə ölkəyə 5 milyondan 10 milyon dollaradək vəsait ayıra bilər.

Bunu Trend-ə Aİ qonşuluq siyasət üzrə baş direktorluğunun Şərq tərəfdaşlığı ölkələrində qarşılıqlı fəaliyyət üzrə sektor rəhbəri Maykl Rupp deyib.

O bildirib ki, E5P Fondu iri regional proqramdır:

“Avropa Yenidənqurma və İnkişaf Bankının idarə etdiyi bu layihəyə Azərbaycan istisna olmaqla Şərq tərəfdaşlığının 5 ölkəsi daxildir. Hələlik danışıqlar aparılır. Biz Azərbaycan hökumətindən konkret təkliflər gözləyirik və zərurət olacağı təqdirdə yardım göstərməyə hazırıq”.

M.Rupp qeyd edib ki, Azərbaycana əməkdaşlığın təklif edildiyi əsas istiqamətlər arasında binaların günəş enerjisi ilə təmin olunması enerjiyə qənaət etməyə imkan verəcək.

Qeyd edək ki, E5P Fondu Şərq tərəfdaşlığı ölkələrində enerji səmərəlili proqramlarına kömək göstərən və müxtəlif donorların iştirak etdiyi bir fonddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti