...

Dövlət Gömrük Komitəsinin sədrinin Qazaxda təxirə salınan qəbulu aprelin 29-na keçirilib

İqtisadiyyat Materials 26 Aprel 2019 12:40 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin Qazax rayonunda təxirə salınan qəbulu aprelin 29-na keçirilib.
Dövlət Gömrük Komitəsinin sədrinin Qazaxda təxirə salınan qəbulu aprelin 29-na keçirilib

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin Qazax rayonunda təxirə salınan qəbulu aprelin 29-na keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, qəbul aprelin 29-da saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbul zamanı bölgədə yerləşən - Qazax, Tovuz, Ağstafa rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti