...

Dövlət Departamentinin rəsmisi Bakıda Türkiyənin S-400 almasından danışdı

İqtisadiyyat Materials 2 May 2019 19:03 (UTC +04:00)
Vaşinqton və Ankara Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin satın alması məsələsini müzakirə edəcək.
Dövlət Departamentinin rəsmisi Bakıda Türkiyənin S-400 almasından danışdı

Bakı. Ləman Zeynalova - Trend:

Vaşinqton və Ankara Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin satın alması məsələsini müzakirə edəcək.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Corc Kent deyib.

O bildirib ki, Türkiyənin Rusiyadan həmin kompleksləri alması ABŞ rəsmi şəxsləri tərəfindən intensiv müzakirə olunur:

“Biz S-400-ü inteqrasiya olunmuş informasiya sistemlərinə təhlükə kimi görürük. Bizim aparıcı hərbi məmurlarımız bildirib ki, ölkədə eyni anda həm S-400, həm də F-35 ola bilməz. ABŞ öz mövqeyini Türkiyəyə açıq şəkildə bildirib, Türkiyə də öz mövqeyini açıq şəkildə bəyan edib. Biz müttəfiqimiz olan Türkiyə ilə S-400 sistemlərinin yaratdığı problemlərlə bağlı müzakirələri davam etdiririk. Türkiyə bildirib ki, S-400-lərin üçüncü ölkələrə göndərilməsi ssenarisi əsassızdır. Bu çox ciddi məsələdir və Türkiyə ilə ABŞ hələ ki, razılığa gəlməyib. Amma biz müzakirələrə davam edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti