...

Ən güclü developerlər öz güclərini PAŞA Bank-ın təşkil etdiyi müsabiqədə iştirak etməklə sınaya bilərlər

İqtisadiyyat Materials 3 May 2019 12:52 (UTC +04:00)
Artıq ölkəmizin ən güclü developerləri öz güclərini PAŞA Bank-ın Rəqəmsal Laboratoriyasının təşkil etdiyi müsabiqədə iştirak etməklə sınaya bilərlər.
Ən güclü developerlər öz güclərini PAŞA Bank-ın təşkil etdiyi müsabiqədə iştirak etməklə sınaya bilərlər

Bakı. Trend:

Artıq ölkəmizin ən güclü developerləri öz güclərini PAŞA Bank-ın Rəqəmsal Laboratoriyasının təşkil etdiyi müsabiqədə iştirak etməklə sınaya bilərlər. Müsabiqə HackerRank platforması üzərindən keçirilir. İştirakçilar 5 saatlıq onlayn müsabiqədə bir neçə alqoritm, praktiki və nəzəri suallarla sınağa çəkiləcəklər. Müsabiqə Front-end ve Back-end developerler üçün ayrı-ayrılıqda təqdim olunur. Diqqət:

• Back-end müsabiqəsində praktiki suallara Java, PHP, Go, C, C++, JavaScript proqramlaşdırma dillərindən istifadə mümkündür;

• Front-end musabiqəsində praktiki suallara JavaScript programlaşdırma dilində yazmaq mümkündür;

• Müsabiqə başladıqdan sonra vaxtı dondurmaq olmur;

• Müsabiqəyə qatılmadan öncə hackerrank.com saytında qeydiyyatdan keçib və müsabiqədən öncə təqdim olunan formada CV-ni yükləmək lazımdır. Back - end müsabiqəsi üçün: https://lnkd.in/dEppAzY Front - end müsabiqəsi üçün: https://lnkd.in/de5Ezgk Müsabiqədə iştirak üçün son müraciət tarixi 8 May 2019-dur.

Müsabiqəyə qatılacaq hər kəsə bol uğurlar arzu edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti