...

Ukrayna vasitəsilə Rusiya neftinin Avropaya nəqli yenidən dayandırılıb

İqtisadiyyat Materials 20 May 2019 15:05 (UTC +04:00)
Bu gün Rusiya neftinin "Dostluq" neft kəməri ilə Ukrayna ərazisi vasitəsilə Avropaya nəqli yenidən dayandırılıb.
Ukrayna vasitəsilə Rusiya neftinin Avropaya nəqli yenidən dayandırılıb

Bakı. Trend:

Bu gün Rusiya neftinin "Dostluq" neft kəməri ilə Ukrayna ərazisi vasitəsilə Avropaya nəqli yenidən dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə Ukraynanın "Ukrtransnafta" şirkətindən bildiriblər.

Şirkətdən qeyd edilib ki, bazar ertəsi gecə saat 00:00-dan başlayaraq boru kəməri ilə neft nəqli bərpa edilsə də, bir qədər sonra proses yenidən dayandırılıb. Həmin müddət ərzində 4 min ton neft nəql edildiyi bildirilir.

Neftin nəqlinin dayandırılmasının səbəbi olaraq texniki problemlər göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti