...

AQTA əməkdaşları Turizm və Menecment Universitetinin tələbələrinə təlim keçib (FOTO)

İqtisadiyyat Materials 23 May 2019 15:13 (UTC +04:00)
“Qida məhsulları mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrə “Qida təhlükəsizliyi” mövzusunda təlim keçirilib.
AQTA əməkdaşları Turizm və Menecment Universitetinin tələbələrinə təlim keçib (FOTO)

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Qida məhsulları mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrə “Qida təhlükəsizliyi” mövzusunda təlim keçiblər.

AQTA-dan Trend-ə verilən məlumata görə, təlimdə tələbələrə qida təhlükəsizliyi ilə əlaqədar beynəlxalq təşkilatlar, qida məhsullarının təhlükəsizliyi, qida məhsullarının keyfiyyəti, qida zənciri anlayışı (ilkin istehsal emal, qablaşdırma, saxlama, daşınma və s.), qida məhsullarında təhlükəli amillər (bioloji, kimyəvi, fiziki), beynəlxalq qida təhlükəsizliyinin idarəetmə sistemləri və standartlar, istehlakçıların hüquqları və onların müdafiəsi haqqında geniş məlumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində məqsəd qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislərin öz təcrübələrini tələbələrlə bölüşməsini təmin etmək, bununla da tələbələrin bilik və bacarıqlarını artırmaqdır.

Təlim interaktiv şəkildə həyata keçirilib və tələbələri maraqlandıran sualar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti