...

Azərbaycanın poçt markaları beynəlxalq sərgidə maraqla qarşılanıb (FOTO)

İqtisadiyyat Materials 21 İyun 2019 15:20 (UTC +04:00)
İyunun 11-dən 17-dək Çinin Vuhan şəhərindəki (Hubei əyaləti, Mərkəzi Çin) Beynəlxalq sərgi mərkəzində Ümumdünya poçt markaları sərgisi – “China 2019 World Stamp Exhibition” keçirilib.
Azərbaycanın poçt markaları beynəlxalq sərgidə maraqla qarşılanıb (FOTO)

Bakı. Trend:

İyunun 11-dən 17-dək Çinin Vuhan şəhərindəki (Hubei əyaləti, Mərkəzi Çin) Beynəlxalq sərgi mərkəzində Ümumdünya poçt markaları sərgisi – “China 2019 World Stamp Exhibition” keçirilib. Sərgi Çin Xalq Respublikasının yaranmasının 70 illiyinə həsr olunub. Azərbaycanın poçt markaları beynəlxalq sərgidə böyük maraqla qarşılanıb.

“Azərmarka” MMC-dən Trend-ə verilən məlumata görə, sərgidə 84 ölkə və regionun poçt təşkilatları 4683 poçt ödəmə nişanı ilə təmsil olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC “China 2019” sərgisində “Dövlətçilik rəmzləri”, “Görkəmli şəxsiyyətlər”, “Flora və fauna”, “Azərbaycan idmanı”, “Qədim və müasir memarlıq”, “Birgə buraxılışlar” və sair mövzulara aid poçt markaları, Birinci gün zərfləri, xatirə ştempellərinin basmaları, kartmaksimumlar, poçt kartları kimi filatelistik və kolleksiya nümunələrini nümayiş etdirib.

Qeyd edək ki, yerli filatelistlər arasında Azərbaycanın poçt markaları çox böyük maraq doğurub. Əsasən, Azərbaycanın dövlət simvollarına, təbiətinə, görkəmli şəxslərinə və milli bayramlarına həsr edilən markaları əldə etmək istəyən kolleksiyaçılar çoxluq təşkil edib. Həmçinin, iyunun14-də Filateliyanın inkişafı üzrə Ümumdünya Assosiasiyasının təşkilatçılığı ilə Vuhan Beynəlxalq sərgi mərkəzində “Filateliyada markaların mühafizəsi ilə bağlı innovasiyalar” mövzusunda konfrans keçirilib. Tədbirin giriş hissəsində Çinin Dövlət poçtamtının direktor müavini Min Çjao, Ümumdünya Poçt İttifaqının proqram meneceri Olfa Mokkadem və Filateliyanın inkişafı üzrə ümumdünya assosiasiyasının sədri Artyom Adibekov çıxış ediblər.

Konfransda Rusiya, Çin, Əlcəzair, Mərakeş, Tunis, Beynəlxalq Filateliya Federasiyası, həmçinin mühafizə olunan mətbəə malları istehsalçalırının təqdimatlarına baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti