...

BVF Azərbaycanın neft sektorunda artım proqnozlaşdırır

İqtisadiyyat Materials 6 İyul 2019 20:00 (UTC +04:00)
Azərbaycanın neft sektoru bu il 2,5 faizədək artmalıdır
BVF Azərbaycanın neft sektorunda artım proqnozlaşdırır

Trend-i buradan izləyin

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycanın neft sektoru bu il 2,5 faizədək artmalıdır.

Bunu Trend-ə açıqlamasında Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natalya Tamirisa deyib.

N.Tamirisanın sözlərinə görə, "Cənub Qaz Dəhlizi"nin işə başlaması ilə əlaqədar bu il karbohidrogenlərin hasilatı artacaq. Amma sonra neft hasilatının azalması ilə əlaqədar bu göstərici 1,2 faizədək azalacaq.

Qeyd edək ki, "Şahdəniz -2" yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti