...

Bakıda yağış və məişət suları axan ərazilərdə drenaj sistemlərinin qurulması nəzərdə tutulur

İqtisadiyyat Materials 10 İyul 2019 13:57 (UTC +04:00)
Bakının yağış və məişət suları axan ərazilərində drenaj sistemlərinin qurulması ilə bağlı layihələr nəzərdə tutulub.
Bakıda yağış və məişət suları axan ərazilərdə drenaj sistemlərinin qurulması nəzərdə tutulur

Bakı. Samir Əli - Trend:

Bakının yağış və məişət suları axan ərazilərində drenaj sistemlərinin qurulması ilə bağlı layihələr nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, layihələrin cari ildə reallaşdırılması planlaşdırılır:

"Paytaxtın Binəqədi, Sabunçu və bir sıra rayonlarında kanalizasiya sisteminin olmaması ilə əlaqədar subasma hallarının baş verməsi məlumdur. "Azərsu" ASC bu istiqamətdə tədbirlər görür, layihə planları hazırlanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti