...

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşməni genişləndirir (ÖZƏL)

İqtisadiyyat Materials 25 Avqust 2019 20:00 (UTC +04:00)
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda müxtəlif sahələrdə layihələr portfelini genişləndirir
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşməni genişləndirir (ÖZƏL)

Bakı. Ləman Zeynalova - Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda müxtəlif sahələrdə layihələr portfelini genişləndirir.

Bunu Trend-ə özəl müsahibəsində bankın prezidenti Dmitri Pankin deyib.

O bildirib ki, QDTİB “Şahdəniz 2” layihəsi üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı ilə birgə işləyir:

“Bizim banklar sindikatımız var. QDTİB bu layihəyə 60 milyon dollar ayırıb”.

D.Pankin, həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq barədə danışıb:

“Bizim SOCAR-la iri layihəmiz var. Biz şirkətin ticarət maliyyələşməsi üçün 50 milyon dollar təqdim etmişik. SOCAR-la bu istiqamətdə əməkdaşlığı davam etdirmək istərdik. QDTİB-in Azərbaycanda ilk borcunun yerləşdirilməsi nəticəsində əldə olunan milli valyutanı kiçik və orta biznesin inkişafına yönəldirik. Hazırda biz elektrik enerjisi, neft-qaz sənayesi üçün avadanlıq istehsalı, ticarət maliyyələşdirilməsinin dəstəklənməsi sahələrində bir sıra layihələr hazırlayırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti