...

1 mbits internet ayda cəmi 50 qəpik

İqtisadiyyat Materials 2 Sentyabr 2019 18:13 (UTC +04:00)
Sentyabr 1-dən etibarən Bakı və Gəncə şəhərində yüksək sürətli fiber-optik internetin qiyməti kəskin endirilib.
1 mbits internet ayda cəmi 50 qəpik

Bakı. Trend:

Sentyabr 1-dən etibarən Bakı və Gəncə şəhərində yüksək sürətli fiber-optik internetin qiyməti kəskin endirilib.

«Caspian Telecom»dan Trend-ə verilən məlumata görə, Ailə NET abunəçiləri eyni qiymətə daha sürətli və keyfiyyətli fiber-optik internetdən istifadə edəcəklər. İndi 36 mbit/s sürətli fiber-optik internet ayda cəmi 18 azn təşkil edəcək, yəni 1 mbit/s internetin aylıq qiyməti cəmi 50 qəpikdən. Xatırladaq ki, indiyədək eyni qiymətə cəmi 15 mbit/s sürətli internet əldə etmək mümkün olurdu.

Daha yüksək sürətli Ailə NET internet tarif planlarında da ucuzlaşma müşahidə olunur. Artıq 56 mbit/s sürətli tarif planı 28 azn, 70 mbit/s isə 35 azn təşkil edir. 100 Mbit/s tarif planında isə aylıq abunə qiyməti cəmi 50 azn təşkil edir.

Ailə NET internet tarifləri: http://aile.tv/service_post/internet

Qeyd etmək lazımdır ki, internet tariflərinə tətbiq olunan bu həcmdə güzəşt Azərbaycanda ilk dəfə məhz Ailə NET internet provayderi tərəfindən tətbiq olunur.

Bundan əlavə, Ailə NET-in təqdim etdiyi fiber-optik internetə ilk dəfə qoşulan abunəçilərə güzəştli şərtlər də təklif olunur.

Belə ki, hər yeni ünvandan qoşulan abunəçi 2 ayın abunə haqqını öncədən ödəyərək 4 antenli Xiaomi WiFi Routeri hədiyyə qazancaq. Qoşulma zamanı kabel və xidmət haqqı da tamamilə pulsuzdur. Mövcud abunəçilər də yeni WiFi Router cihazı əldə edə bilərlər, lakin bunun üçün onlardan 6 ayın abunə haqqını öncədən ödəmək tələb olunur.

Ailə NET-in təqdim etdiyi internetin üstün cəhəti qoşulmaq üçün heç bir telefon xəttindən istifadə edilməməsidir. Fiber optik şəbəkə daha sürətli və daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır.

Daha ətraflı məlumat üçün 24 saat xidmət göstərən (012) 920 çağrı mərkəzinə zəng etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti