...

Şəkidə yeni yaşayış massivinə qaz verilib (FOTO)

İqtisadiyyat Materials 27 Sentyabr 2019 23:30 (UTC +04:00)
Şəki şəhəri 98-ci kvartal adlanan yeni massivdə 113 abonent qazla təmin olunub.
Şəkidə yeni yaşayış massivinə qaz verilib (FOTO)

Bakı. Trend:

Şəki şəhəri 98-ci kvartal adlanan yeni massivdə 113 abonent qazla təmin olunub.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, yeni yaşayış massivinin qazlaşdırılması üçün ümumilikdə 10 426 metr müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 113 ədəd qaz sayğacı quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahəsində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti