...

Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir - Milli Məclis təsdiq etdi

İqtisadiyyat Materials 30 Sentyabr 2019 14:37 (UTC +04:00)
Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir
Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir - Milli Məclis təsdiq  etdi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

Dəyişiklik müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Qanuna dəyişiklik Milli Məclis tərəfindən 3-cü oxunuşda təsdiq olunduqdan sonra, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti