...

Əməyin Mühafizəsi Fondunun nizamnamə və əsasnaməsi qısa müddət ərzində təsdiq olunacaq

İqtisadiyyat Materials 14 Oktyabr 2019 12:16 (UTC +04:00)
Dövlət Əməyin Mühafizəsi Fondunun nizamnamə və əsasnaməsinin qısa müddət ərzində təsdiq olunacağı gözlənilir.
Əməyin Mühafizəsi Fondunun nizamnamə və əsasnaməsi qısa müddət ərzində təsdiq olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Əməyin Mühafizəsi Fondunun nizamnamə və əsasnaməsinin qısa müddət ərzində təsdiq olunacağı gözlənir.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə Fondun nizamnaməsinin hazırlanması üzərində iş aparılır: "Artıq bu işlər yekunlaşdırılır. Bundan sonra fondun fəaliyyətinə tam başlanacaq".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Dövlət Əməyin Mühafizəsi Fondunun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdir. Fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən idarə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti