...

Bu gün X Azərbaycan-Rusiya Regionlararası forumu öz işinə başlayır

İqtisadiyyat Materials 22 Noyabr 2019 13:18 (UTC +04:00)
Bu gün Moskvada 10-cu Azərbaycan-Rusiya Regionlararası forumu öz işinə başlayır.
Bu gün X Azərbaycan-Rusiya Regionlararası forumu öz işinə başlayır

Moskva. Trend:

Bu gün Moskvada 10-cu Azərbaycan-Rusiya Regionlararası forumu öz işinə başlayır.

Trend-in məlumatına görə, 2 gün davam edəcək tədbirdə Azərbaycan və Rusiyanın dövlət rəsmilərinin, deputatların, biznes dairələri nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclası, sənaye, turizm, kənd təsərrüfatı və humanitar sahələr üzrə "dəyirmi masa"lar təşkil ediləcək, forum çərçivəsində plenar iclas keçiriləcək.

Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin Moskvaya səfəri çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun açılışı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti