“Azerbaijan Digital Hub” proqramı ilə Azərbaycan Regional Rəqəmsal Mərkəzə çevriləcək (FOTO)

“Azerbaijan Digital Hub” proqramı ilə Azərbaycan Regional Rəqəmsal Mərkəzə çevriləcək (FOTO)

Bakı. Trend:

Son 25 il ərzində Azərbaycan mühüm inkişaf yolu keçərək regionun enerji və nəqliyyat mərkəzinə çevrilib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü siyasət, reallaşdırılan iri infrastruktur layihələri, bu siyasətin hazırda cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, bütün sahələrdə aparılan islahatlar Azərbaycanın dayanıqlı inkişafa nail olması ilə nəticələnib və hazırda ölkəmiz regionun lider dövlətidir.

Hazırda dünya dördüncü sənaye inqilabına (Sənaye 4.0) qədəm qoyub. Sənaye 4.0 bizdən dəyişikliklərə daha çevik reaksiya verməyi, innovasiyaları həyatımızın bütün sahələrində tətbiq etməyi tələb edir. Sənaye 4.0 qarşımızda inanılmaz imkanlar açır, cəmiyyətlər və dövlətlərə rəqəmsal transformasiya imkanları təqdim edir. Sənaye 4.0 şəraitində Azərbaycanın qarşısında da mühüm imkanlar açılır. Bu gün Azərbaycanın özünün əlverişli coğrafi mövqeyi, sahib olduğu enerji və nəqliyyat mərkəzləri statusu və potensialından istifadə etməklə ətraf regionlar üçün həm də Regional Rəqəmsal Mərkəzə çevrilmək imkanı vardır.

Məhz bütün bu məqamları və xüsusilə də ölkə başçısı cənab İlham Əliyevin İKT sektorunun dayanıqlı inkişafı istiqamətində məqsədyönlü siyasətini əsas tutaraq hazırda Azərbaycan iqtisadiyyatının özəl sektorunda ən böyük şirkətlərdən olan “Bakcell” şirkətinin törəmə müəssisəsi - magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramı icra edilir. Bu proqram nəzərdə tutur ki, Azərbaycan Avropa və Asiya arasında Regional Rəqəmsal Mərkəzə çevrilsin və Qafqaz, MDB, Yaxın Şərq, Orta və Cənubi Asiya və digər ətraf region dövlətlərinin (dünya əhalisinin 1\4-i və ya 1.8 milyard əhali) internet və müxtəlif rəqəmsal xidmətlərə olan ehtiyacını daha yaxşı təmin etsin. Bakı şəhəri dünyanın internet xəritəsinə əlavə edilsin və Amsterdam, Frankfurt, Sofiya, London, İstanbul, Dubay kimi İnternet Mübadilə Mərkəzinə (IXP – Internet Exchange Point) çevrilsin.

“Azerbaijan Digital Hub” proqramı ümumilikdə 3 mərhələdən ibarətdir və son nəticədə rəqəmsal ekosistemin formalaşmasına töhfə verəcək. Proqramın birinci mərhələsi ölkə daxilində və xaricində iri infrastruktur quruculuğu layihələrinin icrasını, ikinci mərhələsi Bakının internet mübadilə mərkəzinə çevrilməsi və burada regional Data mərkəzin tikilməsini, üçüncü mərhələ isə rəqəmsal ekosistemin formalaşmasını nəzərdə tutur.

Proqramın icrası yeni iş yerlərinin açılmasına, rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyatın formalaşmasına və bu istiqamətdə kiçik və orta biznesin inkişafına, yeni rəqəmsal məhsulların yaranması və “Made in Azerbaijan” brendi altında ixracına töhfə verəcək. Bütün bunlar isə son nəticədə ölkədə rəqəmsal ekosistemin formalaşmasına şərait yaradacaq. Xüsusilə, ilkin infrastruktur quruculuğu mərhələsindən sonra ikinci mərhələdə regionda ən böyük Data mərkəzin tikilməsi iri kontent provayderləri olan şirkətlərin (Amazon, Alibaba, Facebook, Google, Netflix, Tencent və s.) burada nümayəndəlikərini açması, məlumatları burada saxlaması və kontentin məhz buradan digər regionlara daşınmasına imkan verəcək.

Proqramın icrası üçün iri infrastruktur layihələri icra edilir

“Digital Hub” proqramı çərçivəsində artıq bir sıra işlər görülüb. Ölkə daxilində infrastruktur quruculuğu istiqamətində “AzerTelecom” Azərbaycan Dəmir Yolları QSC ilə birgə mövcud dəmir yollarının qorunma zolağı boyu magistral fiber-optik kabel xətlərinin tikintisi layihəsini icra edir ki, bu da ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, ölkə boyu yeni davamlı infrastrukturun formalaşmasına töhfə verəcək. Bu, həmçinin qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantılarının formalaşmasına, Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan müxtəlif beynəlxalq telekom operatorlarının infrastrukturlarının ölkəmizdə kəsişməsinə gətirib çıxardacaq.

“AzerTelecom” proqram çərçivəsində ölkə xaricində infrastruktur quruculuğu istiqamətində isə Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib Transxəzər fiber-optik kabel xəttinin çəkilməsi layihəsini reallaşdırır. Magistral kabel xətti iki marşrut - Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan istiqamətlərində çəkiləcək.

Artıq bu ilin 19 mart tarixində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb. Azərbaycan-Türkmənistan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş isə 28 noyabr tarixində Türkmənistanın Aşqabad şəhərində baş tutmuş “Türkməntel 2019” - 12-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisi çərçivəsində imzalanıb.

Dövlətlərarası sazişlərə əsasən, Azərbaycan-Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə uzunluğu 380-400 km olacaq magistral kabel xətti Azərbaycan tərəfdən “AzerTelecom” şirkəti, Qazaxıstan tərəfdən isə “KazTransCom”“Transtelecom” şirkətləri tərəfindən çəkiləcək. Uzunluğu təqribən 300 km olacaq Azərbaycan-Türkmənistan marşrutunun operatorları isə Azərbaycan tərəfdən “AzerTelecom”, Türkmənistan tərəfdən isə “Türkməntelekom” telekommunikasiya operatorudur.

Transxəzər fiber-optik kabel xətti Azərbaycandan keçməklə Avropa və Asiya qitələri arasında rəqəmsal dəhlizin - tarixi ipək yolunun üzərində yeni Rəqəmsal İpək Yolunun formalaşması, Qafqaz, Orta Asiya və Cənubi Asiya, Uzaq Şərq kimi regionların telekommunikasiya infrastrukturunun inkişafı və bu regionların Azərbaycan vasitəsilə internet və gələcəkdə müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsində mühüm rol oynayacaq.

Araşdırmalar göstərir ki, Asiya qitəsində internet və rəqəmsal xidmətlərə olan ehtiyac hər il artır. Hazırda Asiya qitəsində 4.2 milyard nəfərdən çox əhali yaşayır. Internet World Stats (Dünya üzrə internetdən istifadə, əhali, sosial media statistikası və internet bazarını araşdıraraq məlumatları təqdim edən beynəlxalq internet resursu) resursunun verdiyi məlumata əsasən, Asiyada internetin nüfuz etmə səviyyəsi 54.2 %-dir. Avropa qitəsində isə əhalinin sayı 1 milyarda yaxındır (internetin nüfuz etmə səviyyəsi 86.8 %). Dünyanın həm əsas internet mübadilə mərkəzləri, həm də iri kontent provayderləri Avropada yerləşir. Başqa sözlə Avropa internet və kontentin istehsalçısı, Asiya isə istehlakçısıdır. Asiya qitəsində internet trafiki və kontentə olan ehtiyacın hər il artması dövlətləri və telekommunikasiya operatorlarını yeni marşrutlar axtarmağa və inşa etməyə sövq edir.

Transxəzər fiber-optik kabel xətti Asiya ölkələrinin data trafikinə ehtiyacını təmin edəcək

“AzerTelecom” tərəfindən Qazaxıstan və Türkmənistanın tərəfdaş telekommunikasiya operatorları ilə birgə reallaşdırılan və Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər fiber-optik kabel xətti Avropa ilə Asiya arasında Azərbaycanın rəqəmsal mərkəz olaraq mövqelənməsinə, eləcə də region ölkələrinə yeni bağlantı (connectivity) imkanlarının təqdim edilməsinə imkan verəcək. Transxəzər fiber-optik kabel xətti region ölkələrini hazırda internet xidməti ilə təmin edən digər marşrutlardan fərqli olaraq bir çox üstünlüklərə sahib olacaq. Bunlar aşağıdakılardır:

  • Azərbaycanın unikal coğrafi mövqeyindən (Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin mərkəzi) istifadə etməklə Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər fiber-optik kabel xətti daha qısa marşrutdur;
  • Bu magistral xəttin qısa marşrut olması informasiyanın daşınmasında gecikməni (latency) əhəmiyyətli şəkildə azaldacaq. Hazırda Avropa və Asiya arasında mövcud olan marşrutların hər birinin uzun məsafəni qət etməsi səbəbindən data tarfikinin daşınmasında gecikmə müşahidə olunur;
  • Transxəzər fiber-optik kabel marşrutu Orta, Cənubi Asiya və digər ətraf regionlarda yerləşən dövlətlərdə data istehlakı və bağlantı xidmətlərinə olan ehtiyaca adekvat cavab verə biləcək və Avropa ilə Asiya arasında data tranzit ehtiyaclarını tamamilə ödəyəcək.

Transxəzər fiber-optik kabel xəttinin çəkilməsi Azərbaycanın, ümumilikdə isə Asiya qitəsində böyük bir arealın rəqəmsal inkişafına mühüm töhfə verəcək, rəqəmsal transformasiya proseslərini daha da sürətləndirəcək.

Ümimilikdə “Digital Hub” proqramının icrası Sənaye 4.0 şəraitində telekommunikasiya sektorunun davamlı inkişafı, müxtəlif sahələrdə innovasiyaların tətbiqi, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin irəliləməsi, iqtisadiyyatın inkişafı və rəqəmsal transformasiya proseslərinin həyata keçməsinə mühüm töhfə verəcək.

Müəllif: Fuad Allahverdiyev

“AzerTelecom” MMC-nin Baş direktoru

“Azerbaijan Digital Hub” proqramının rəhbəri

Müəllif haqqında: Fuad Allahverdiyev İKT sektorunda 20 ildən çox iş təcrübəsinə sahibdir. O müxtəlif startapların və telekommunikasiya sferasında bir sıra uğurlu şirkətlərin təsisçisi olub. F.Allahverdiyev iki nüfuzlu ali təhsil müəssisəsinin məzunudur, Bakı Dövlət Universitetini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (Executive MBA proqramı) bitirib. Hazırda F.Allahverdiyev “AzerTelecom” MMC-nin Baş direktorudur. “AzerTelecom” şirkəti Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.

"Çelsi"nin futbolçusu Kante "İnter"ə keçməyə razılıq verib
"Çelsi"nin futbolçusu Kante "İnter"ə keçməyə razılıq verib
Cüdo idman növü üzrə paralimpiya komandalarımız  təlim-məşq toplantısında iştirak edir (FOTO)
Cüdo idman növü üzrə paralimpiya komandalarımız təlim-məşq toplantısında iştirak edir (FOTO)
I Divizionda ilk turun oyun cədvəli açıqlanıb
I Divizionda ilk turun oyun cədvəli açıqlanıb
Loading Bars
Xəbər lenti
Ceyhun Bayramovla ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı olub
Fəxrəddin Altun: Beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzü qarşısında bir daha susur
Azərbaycanda hərbi vəziyyət bu gündən qüvvədədir
ABŞ Ermənistan və Azərbaycanı Qarabağda dərhal atəşkəsə çağırdı
Diqqət! Düşmən tərəfindən yayılan saxta xəbərlərə İNANMAYIN! (FOTO)
BMT-nin Baş katibi Dağlıq Qarabağ bölgəsində atəşkəsi bərpa etməyə çağırıb
Ermənistan ərazilər itirdiklərini etiraf etməyə başladı
Ombudsman Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin qətlə yetirilməsinə etiraz Bəyanatı yayıb
İtaliyalı senatorlar Ermənistanın Azərbaycana qarşı təxribatını pisləyib
Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib
XİN Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində həlak olanların adını açıqladı
Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır
"Qarabağ"ın futbolçusu: Doğma kəndimin düşməndən azad edilməsini sözlə ifadə edə bilmirəm
Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib (ƏLAVƏ OLUNUB-2)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 27.09.2020 tarixli bölüm
Türkiyədə koronavirusdan sağalanların sayı 275 min nəfəri ötüb
Diqqət! Sosial şəbəkələrdə yayılan saxta xəbərlərə İNANMAYIN! (FOTO)
Prezidentin köməkçisi diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri ilə videokonfrans formatında görüş keçirib
Səfərbərlik Xidməti: Hərbi vəziyyət ölkəmizdə səfərbərliyin elan olunması anlamına gəlmir
Müdafiə Nazirliyi: Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib (VİDEO)
Baş Prokurorluq: Beynəlxalq hüququ pozan Ermənistan hərbçilərinin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür
Polkovnik: Azərbaycan ordusu irəliləyir və Ermənistan təşvişdədir
Pakistan XİN: Ermənistan döyüş əməliyyatlarına son qoymalıdır
Mövlud Çavuşoğlu: Ermənistan bu dəfə cavabını döyüş meydanında almaqdadır
Ceyhun Bayramovun Avropa İttifaqının ali nümayəndəsi ilə telefon danışığı olub
Cəbhə bölgəsində qaz təminatı ilə bağlı məsələlər nəzarətdə saxlanılır
Azərbaycan Ermənistana qarşı tribunalın yaradılması üçün beynəlxalq təşkilatlara müraciət edəcək
Ermənilərin təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
FHN: Ermənistan atəşi nəticsində evlərdə və mülki obyektlərdə baş vermiş yanğınlar qısa müddətdə söndürülüb
Milli Məclisin sədr müavini: Qələbə şanlı Ordumuzundur!
Xaricdə yaşayan azərbaycanlılar bəyanat yayıb
Tanınmış erməni saytı çökdürüldü - "Ilham Aliyev: Karabakh is Azerbaijan!" qeydləri yerləşdirildi
Prezident İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzalayıb
"Azİz": Biz Ermənistandan işğalçı siyasəti dayandırmağı, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi tələb edirik
Azərbaycan XİN rəhbərinin Toivo Klaarla telefon danışığı olub
Hikmət Hacıyev: Murov zirvəsinin azad olunması Azərbaycan Ordusuna böyük strateji üstünlük verir
Baş Prokurorluq: Mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib
Ermənistan itkilərini açıqladı: 16 ölü, 100-dən çox yaralı
Leyla Abdullayeva: Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin bu irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Hikmət Hacıyev: Bu qələbəni gətirəcəyik
Anar Eyvazov: Düşmənin çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir
Hikmət Hacıyev: Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir
Hikmət Hacıyev: Bu gecədən hərbi vəziyyət elan edilir
Vətənpərvər ruhlu kompozisiyalar - "Paşam hey!", "Atəş"
Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır (VİDEO)
Düşmənin yalan məlumatlar yayan saxta səhifələri - ONLARA İNANMAYIN! (FOTO)
Paşinyan Qarabağdakı ermənilərə müraciət etdi: Ermənistana Qaçın!
Ermənistan ordusunda kəskin qan çatışmazlığı müşahidə edilir
Vaqif Dərgahlı: Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır
Polşa XİN Ermənistanı və Azərbaycanı Qarabağla bağlı sülh danışıqlarına qayıtmağa çağırdı
Dövlət Baxçalı: Qanımızla, canımızla, varlığımızla Azərbaycanın yanındayıq
Millət vəkili cəbhə bölgəsində mövcud durumla bağlı fikirlərini bölüşüb
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon dnaışığı olub
NATO Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını bəyan edib
ATƏT-in hazırkı sədri Dağlıq Qarabağ münaqişəsində deeskalasiya ilə bağlı çağırış edib
İran XİN Bakı və Yerevanı dərhal atəşi dayandırmağa və danışıqlara başlamağa çağırdı
Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində elektrik yarımstansiyası sıradan çıxıb
Naqif Həmzəyev: Tezliklə üçrəngli bayrağımız Şuşada dalğalanacaq
Cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq “Azərişıq” ASC-də Xüsusi Qərargah yaradılıb
Mustafa Şentop və Sahibə Qafarova arasında telefon danışığı olub
Azərbaycan QHT-ləri xalqa müraciət edib
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diaspor nümayəndələrinə müraciət edib
Rusiya kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini yayımlayıb (FOTO)
MN: Ağdərə yaşayış məntəqəsində yerləşən erməni qarnizonuna təslim olmaq təklif edilib
Avropa Şurasının Baş katibi Dağlıq Qarabağda gərginliyi dayandırmaq üçün səy göstərməyə çağırıb
Mədəniyyət xadimləri və yaradıcı şəxslər Ermənistanın hərbi təcavüzü ilə bağlı Azərbaycan xalqına müraciət etdi
XİN: Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasına kömək etməyə hazırdır
BQXK tərəfləri mülki şəxsləri fərqləndirməyə çağırır
Almaniya XİN rəhbəri Ermənistan və Azərbaycanı gərginliyi azaltmağa və danışıqlara çağırıb
Zakir Həsənov cəbhədə baş verən düşmən təxribatının detallarından danışıb
Baş Prokurorluq: Mülki əhalidən yaralananların sayı 14-ə çatıb
Prezident İlham Əliyev: Biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik, biz heç kimin torpağına göz dikməmişik
Prezident İlham Əliyev: Mən Ermənistana xəbərdarlıq etmişdim
Prezident İlham Əliyev: Bütün Azərbaycan xalqını təbrik edirəm!
Ermənistan iyrənc ənənəsinə sadiq qalaraq mülki əhalini, yaşayış evlərini hədəfə alıb - Deputat
Əli Əhmədov: Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir
Fransa XİN Dağlıq Qarabağda gərginliklə bağlı bəyanat yayıb
Ermənilərin hədəf aldığı Ağdam rayon sakininin vəziyyəti ağırdır
Səfərbərlik Xidməti: Ölkədə yaşayan azsaylı xalqların məcburi qaydada cəbhə bölgəsinə göndərilməsi yalandır
Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
Prezident İlham Əliyev: Bizim məqsədyönlü səylərimiz nəticəsində bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür var
Azərbaycanın siyasi partiyaları Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar
Zakir Həsənovla Hulusi Akar arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var
Ukrayna XİN Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanat yayıb
Müdafiə Nazirliyi düşmən texnikalarının məhv edilmə görüntülərini yaydı
Azərbaycanda 128 nəfər koronavirusa yoluxdu, 132 nəfər sağaldı, 1 nəfər vəfat etdi
Prezident İlham Əliyev: Ordumuzun uğurlu əks-hücum əməliyyatı nəticəsində bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilib
Ərdoğan: Bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırıram
Roma papası Qafqazda sülhə çağırdı
Prezident İlham Əliyev: Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza hər an dəstək verməyə hazırdırlar
Bu gün Milli Məclisin iclası çağırılıb
İranda daha 195 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti onun faşist mahiyyətini bütün dünyaya göstərir
Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub
Milli Televiziya və Radio Şurası bəyanat yaydı
Avropa İttifaqı Şurasının rəhbəri Dağlıq Qarabağda atəşi dayandırmağa çağırdı
Rusiyalı analitik: Azərbaycanın dinc əhalisinə raket-artilleriya zərbəsi Ermənistanın aşkar nasist rejiminin qanunauyğun mahiyyətidir
Bütün xəbərlər