...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 4 Dekabr 2019 23:50 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 66,08 dollar/barel təşkil edib
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 66,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,56 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti