...

“S&P Global Platts” Cənub Qaz Dəhlizinin gələcək genişlənməsi barədə

İqtisadiyyat Materials 2 Yanvar 2020 10:40 (UTC +04:00)
“S&P Global Platts” “Cənub Qaz Dəhlizi”nin gələcəkdə genişlənməsini proqnozlaşdırır
“S&P Global Platts” Cənub Qaz Dəhlizinin gələcək genişlənməsi barədə

Bakı. Ləman Zeynalova - Trend:

“S&P Global Platts” “Cənub Qaz Dəhlizi”nin gələcəkdə genişlənməsini proqnozlaşdırır.

Bunu Trend-ə şirkətin analitiki Ceyms Hakstepp deyib.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsi Xəzər regionundan birbaşa Avropaya ildə 16 milyard kubmetr qazın tədarükü üçün zəruri nəqliyyat gücü təqdim edəcək: “İlkin olaraq bu, Avropada qaza tələbatın 3-4 faizini təmin edəcək, qazın böyük hissəsi Cənubi Avropaya nəql olunacaq. “S&P Global Platts” “Cənub Qaz Dəhlizi”nin gələcəkdə genişlənməsini proqnozlaşdırır”.

C.Hakstepp bildirib ki, “Şahdəniz” yatağından ildə 6 milyard kubmetr qaz Türkiyə bazarına tədarük olunacaq: “Daha 10 milyard kubmetrin Trans-Adriatik boru kəməri (TAP) ilə Yunanıstan, Bolqarıstan və İtaliyaya nəqli planlaşdırılır. Yunanıstan və Bolqarıstan “Şahdəniz 2” yatağından hərəsi bir milyard qazın alınması üçün müqavilə imzalayıb. İldə 8 milyard kubmetr qaz isə İtaliyaya tədarük olunacaq”.

Şirkət 2023-cü ilədək tədarük gücünün ildə 24 milyard kubmetrədək, 2026-cı ilədək 31 milyard kubmetrədək genişlənəcəyini proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti