...

KOBİA-da Azərbaycan-Fransa Ticarət Palatasının nümayəndələri ilə görüş olub

İqtisadiyyat Materials 6 Fevral 2020 16:44 (UTC +04:00)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Fransa Ticarət Palatasının idarə heyətinin sədri Teybə Quliyeva və palatanın üzvləri ilə görüşüb.
KOBİA-da Azərbaycan-Fransa Ticarət Palatasının nümayəndələri ilə görüş olub

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Fransa Ticarət Palatasının idarə heyətinin sədri Teybə Quliyeva və palatanın üzvləri ilə görüşüb.

KOBİA-dan Trend-ə verilən məlumata görə, görüşdə qurumun fəaliyyəti, kiçik və orta sahibkarlara göstərdiyi dəstək tədbirləri, KOB sahəsində xarici təşkilatlarla, o cümlədən agentliyin ötən il Fransa Sahibkarlar Təşkilatı (MEDEF) ilə əməkdaşlığa başladığı barədə məlumat verilib. KOBİA və palata arasında əməkdaşlıq imkanlarına dair müzakirələrin aparıldığı görüşdə qadın və gənc sahibkarların bilik və bacarıqlarının genişləndirilməsi, KOB-ların məşğulluqda rolunun artırılması, maliyyə resurslarına və xarici bazarlara çıxışı, KOB-ların iştirakı ilə birgə forumun təşkili, Fransanın dövlət-özəl tərəfdaşlığı sahəsində uğurlu təcrübəsinin öyrənilməsi perspektiv əməkdaşlıq istiqamətləri kimi qeyd edilib.

Xəbər lenti

Xəbər lenti