...

Azərbaycanın mobil rezidentliyinin əhatə dairəsi genişlənir

İqtisadiyyat Materials 7 Fevral 2020 10:10 (UTC +04:00)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi mobil rezidentlik vasitəsilə türkiyəli iş adamı Koral Türkkan Azərbaycanda biznes fəliyyətinə başlayacaq.
Azərbaycanın mobil rezidentliyinin əhatə dairəsi genişlənir

Bakı. Trend:

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi mobil rezidentlik (m-Rezidentlik) vasitəsilə türkiyəli iş adamı Koral Türkkan Azərbaycanda biznes fəliyyətinə başlayacaq.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Məlumatda qeyd edilir ki, Türkiyə vətəndaşı Koral Türkkan Azərbaycanın investisiya mühitini araşdıraraq, ölkədə əlverişli biznes şəraitinin mövcudluğu səbəbindən yeni biznes yaratmaq məqsədilə Rəqəmsal Ticarət Qovşağına müraciət edib.

Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirir ki, qısa müddətdə m-Rezidentlik əldə edən Koral bəy, ikinci mərhələdə Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sahəsi üzrə fəaliyyətə başlamaq üçün hüquqi şəxsin qeydiyyatını və korporativ bank hesabının açılmasını onlayn olaraq həyata keçirəcək. Onu da qeyd edək ki, hüquqi şəxsin qeydiyyatı www.dth.az portalında üç dildə təqdim olunur və tamamilə ödənişsizdir.

Mobil rezidentlik əldə edən Türkiyə vətəndaşı Koral Türkkan prosesin çox sürətli və rahat olduğunu, ətrafındakı iş adamlarına da bu proqrama qoşulmağı tövsiyyə edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti