...

“Volkswagen” mindən çox avtomobilini geri çağırıb

İqtisadiyyat Materials 21 May 2020 10:46 (UTC +04:00)
“Volkswagen” mindən çox avtomobilini geri çağırıb

Bakı. Trend:

“Volkswagen” şirkəti Rusiyada 1 099 avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərara transmissiya yağlarının sızması səbəb olub.

Qeyd olunur ki, transmissiya yağı dəstəyində qüsurlara görə sızma baş verə bilər.

Geri çağırılma qərarı 2019-ci ildə istehsal olunan “Volkswagen Touareg” modellərinə şamil olunub.

Həmin avtomobillərdə zərurət yaranacağı təqdirdə detallar ödənişsiz dəyişdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti