...

BTQ ilə yeni növ yüklərin nəqlinə başlandı (FOTO)

İqtisadiyyat Materials 18 İyun 2020 10:10 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yeni növ yüklərin nəqlinə başlayıb.

Trend-in məlumatına görə, şirkət Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına start verib. ADY Express Türkiyə və Gürcüstandakı tərəfdaşları ilə birgə polad və plastmass borular və beton dirəkləri Türkiyədən Azərbaycana nəql etməyə müvəffəq olub.

250 ton polad borular, 26 yarımvaqonda BTQ dəmir yolundan keçməklə Tükriyədən Gəncə şəhərinə daşınıb. 100 ton plastmass borular, 11 platformaya yüklənərək Türkiyədən Şəmkirə nəql edilib.

600 ton beton dirəklər isə 10 yarımvaqonda BTQ vasitəsi ilə Türkiyədən Abşerona çatdırılıb.

Bütün yüklərin çatdırılma vaxtı (tranzit vaxtı) 3 gün təşkil edib. Yüklər Türkiyədən Gürcüstanın Axalkalaki stansiyasına çatdırılaraq burada vaqonlarda təkər arabacıqların dəyişdirilməsi əməliyyatından sonra Azərbaycana yollarını davam etdiriblər.

Qeyd edək ki, BTQ dəmir yolu vasitəsi ilə bu növ yüklərin daşınmasının davamlı olacağı nəzərdə tutulub.

Beləliklə BTQ dəmir yolunun yaratdığı imkanlar, yük sahiblərinə bu yolla məhsullarının daşınmasına gözəl şərait yaradaraq yüklərin nəqlinin daha rahat, sürətli və təhlükəsiz edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti