...

İyunun 26-da ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gündəlik rejimdə fəaliyyət göstərəcək

İqtisadiyyat Materials 23 İyun 2020 13:08 (UTC +04:00)
İyunun 26-da ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gündəlik rejimdə fəaliyyət göstərəcək

Bakı. Trend:

Gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi, xarici ticarət iştirakçılarının əlavə vaxt itkisinə məruz qalmaması məqsədilə qarşıdan gələn 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar qeyri-iş günündə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Komitədən Trend-ə verilən məlumata görə, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti