...

Prezidentin köməkçisi: Pandemiyaya görə dövlət büdcəsinə təcili dəyişiklik etməyə ehtiyac yoxdur

İqtisadiyyat Materials 20 İyul 2020 18:14 (UTC +04:00)
Prezidentin köməkçisi: Pandemiyaya görə dövlət büdcəsinə təcili dəyişiklik etməyə ehtiyac yoxdur

Bakı. Elçin Mehdiyev – Trend:

Pandemiya ilə əlaqədar dövlət büdcəsinə dəyişikliklərlə bağlı müzakirələr gedir, ancaq təcili dəyişikliklərə ehtiyac yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.

Ş.Mövsümov bildirib ki, bu gün büdcənin icrasında çətinlik yoxdur.

Onun sözlərinə görə, büdcənin gəlir hissəsi profisitlə icra edilib: “Ona görə də bu gün büdcəyə təcili dəyişiklik etməyə ehtiyac yoxdur, ancaq biz bu məsələyə yenidən baxacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti