Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 5-də 47,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,71 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 46,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,71 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 45,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,56 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 45,92 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel çoxdur.