...

Bu il Azərbaycanda istehsal edilən avtomobillərin sayı açıqlanıb

İqtisadiyyat Materials 18 Avqust 2020 10:59 (UTC +04:00)
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 183,1 milyon manatlıq məhsul istehsal edilib.
Bu il Azərbaycanda istehsal edilən avtomobillərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 183,1 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 92,5 faiz, maşın və avadanlıqların istehsalı 64,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 57,7 faiz artıb.

Yanvar-iyul aylarında 1074 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 230 ədəd az minik avtomobili istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti