...

«Made in Azerbaijan» onlayn biznes forumu keçiriləcək

İqtisadiyyat Materials 18 Avqust 2020 12:34 (UTC +04:00)
«Made in Azerbaijan» onlayn biznes forumu keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Sentyabr ayının ilk yarısında, “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə Rusiya və BƏƏ-nin idxalçılarının iştirakı ilə "Made in Azerbaijan" onlayn biznes forumu keçiriləcək. Forum B2B görüşləri formatında keçiriləcək və Azərbaycan ixracçıları üçün öz məhsullarını təqdim etmək, tərəfdaş tapmaq və müqavilələr bağlamaq üçün unikal fürsət yaradacaq.

Bu barədə "Caspian Events Organizers" şirkətindən Trend-e bildiriblər.

Öz məhsul və xidmətlərini BƏƏ və Rusiyaya ixrac etmək istəyən aşağıdakı sənaye sahələrinin yerli istehsalçıları forumda iştirak etməyə dəvət olunurlar:

Qida sənayesi və kənd təsərrüfatı:

BƏƏ idxalçıları ilə görüşlər – 1-2 sentyabr

Rusiya idxalçıları ilə görüşlər – 3-4 sentyabr

İnşaat sənayesi:

BƏƏ idxalçıları ilə görüşlər – 8-9 sentyabr

Rusiya idxalçıları ilə görüşlər – 10-11 sentyabr

“Caspian Event Organisers” (“CEO”) şirkəti tərəfindən bu növ tədbirlər üçün xüsusi olaraq işlənib hazırlanmış proqram sayəsində bütün “onlayn” görüşlər tam avtomatlaşdırılmış platformada həyata keçiriləcək. Bu platforma şirkətlərə potensial tərəfdaşlar ilə müstəqil şəkildə görüş təyin etmək və bu görüşü öz şəxsi virtual kabinetlərində keçirmək üçün imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti