...

Bu il Azərbaycanda 40 min 872 ha sahədə qarğıdalı əkilib

İqtisadiyyat Materials 26 Avqust 2020 16:57 (UTC +04:00)
Bu il Azərbaycanda 40 min 872 ha sahədə qarğıdalı əkilib

Bakı. Samir Əli - Trend:

Bu il Azərbaycanda 40 min 872 ha sahədə qarğıdalı əkilib.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, bu il ən çox qarğıdalı sahəsi Tovuz rayonunda əkilib. Bu rayonda bu il qarğıdalı sahəsi 5393,3 hektar olub. Qarğıdalı əkininə görə ikinci yer Hacıqabul rayonunun payına düşür-5158 hektar. Bununla yanaşı, 3 min 19 hektar Samux, 2487 hektar Sabirabad, 2 min 51 hektar Ağcabədi, 2 min 2 hektar Zərdab, 1553,8 hektar Kürdəmir, 1547, 8 hektar İmişli, 1256,3 hektar isə Ağsu rayonunda qarğıdalı sahəsi əkilib.

Azərbaycanda ən az qarğıdalı sahəsi isə Astara rayonunda əkilib. Bu rayonda qarğıdalı sahəsi cəmi 6 hektardır.

Ümumilikdə isə ölkənin 41 rayonunda qarğıdalı sahəsi var. Rayonlardan əlavə olaraq, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təsərrüfatında 468 hektar qarğıdalı sahəsi əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti