Bakı. Trend:
Koronavirus peyvəndinin geniş tətbiqi başlayana qədər ABŞ iqtisadiyyatının bir sıra sahələrinin bərpası çox çətin olacaq.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkə Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Jerom Pauel deyib.
Bununla yanaşı, onun sözlərinə görə, iqtisadiyyatın digər sahələri son iki ayda gözləniləndən daha sürətli canlanıb.