...

İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır

İqtisadiyyat Materials 22 Oktyabr 2020 14:57 (UTC +04:00)
İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır.

Akademiyadan Trend-ə verilən məlumata görə, bu barədə Elmi şurasının onlayn iclasında məlumat verilib.

Bildirilib ki, mərkəz dövlət qurumları ilə əməkdaşlıq etməklə işğaldan azad olunmuş ərazilərin bərpası üzrə sahəvi və kompleks proqramlar hazırlayacaq.

İclasda AMEA-nın təklifi əsasında AR Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi qaydası” barədə məlumat verilib.

Qeyd olunub ki, pilot layihə özünü doğruldarsa, akademiyanın digər institutlarında da tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti