...

Büdcədə azad edilmiş torpaqların yenidən qurulması məsələsinə xüsusi önəm verilib - Nazir

İqtisadiyyat Materials 23 Dekabr 2020 11:25 (UTC +04:00)
Büdcədə azad edilmiş torpaqların yenidən qurulması məsələsinə xüsusi önəm verilib - Nazir

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci il Azərbaycan tarixində müstəsna bir il kimi yadda qalacaq. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan Ordusu Azərbaycan torpaqlarını işğaldan azad etdi və şanlı qələbəyə imza atdı.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpa edilməsi qarşımızda duran ən ümdə məsələdir. 2021-ci ilin dövlət büdcəsində bu məsələyə xüsusi önəm verilib. Həmin ərazilərdə müasir infrastrukturun yaradılması üçün dövlət büdcəsindən 2.2 milyard manat vəsait nəzərdə tutulur. Eyni zamanda müdafiə qabiliyyətinin gücləndirilməsi üçün kifayət qədər vəsait artırılıb. Müdafiə xərclərinin cəmi 4.6 milyard manata yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti