...

Gələn il Azərbaycanda ÜDM 4,5 faiz artacaq - Dünya Bankı

İqtisadiyyat Materials 6 Yanvar 2021 10:01 (UTC +04:00)
Gələn il Azərbaycanda ÜDM 4,5 faiz artacaq - Dünya Bankı

Bakı. Trend:

2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz səviyyədə inkişaf edəcəyi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının (WB) yaydığı məlumatda deyilir.

"COVID-19" peyvəndinin buraxılması üçün ilkin səylərin il ərzində geniş miqyas alması şərti ilə, 2021-ci ildə dünya iqtisadiyyatının 4 faiz artacağı gözlənilir" - sənəddə deyilir.

Bankın mütəxəssislərinin proqnozlarının yer aldığı sənədə əsasən, 2022-ci il ərzində Azərbaycanda ümumi daxili məhsul 4,5 faiz artacaq.

Həmçinin qeyd olunur ki, azad edilmiş ərazilərə sərmayə qoyuluşu da iqtisadiyyatın inkişafına gətirib çıxaracaq.

Ümumilikdə Cənubi Qafqaz regionunda pandemiya və münaqişələrlə ilə bağlı problemlərin kəskinliyinin azalması, turizm fəallığının artması, eləcə də istelakçı və sahibkarların etimadının bərpa olunması fonunda 2,5 faiz səviyyəsində iqtisadi artım proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti