Bakı. Samir Əli - Trend:
2020-ci ildə Azərbaycanda daimi yaşamaq üçün icazələrin verilməsində 18 faizlik azalma müşahidə edilib.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, 2019-cu ildə daimi yaşamaq üçün 2041 şəxsə icazə verilibsə, bu say 2020-ci ildə 1669 olub: "İcazələrdən 633-ü Gürcüstan vətəndaşlarına, 448-i Rusiya vətəndaşlarına,112-si Türkiyə vətəndaşlarına, 88-i İran vətəndaşlarına, 65-i Türkmənistan vətəndaşlarına, 293-ü digər ölkələrin vətəndaşlarına verilib”.
V.Hüseynov bildirib ki, iş icazələrinin verilməsində 9 faiz azalma olub: “2019-cu ildə bu rəqəm 6680, 2020-ci ildə 6106 olub. Mövcud vəziyyət nəzərə alınarsa, bu azalma çox deyil. Bu, sahibkarlıq fəaliyyətində müəyyən dinamikanın olmasının göstəricisidir”.