...

Azərbaycanda iqtisadi artımın yüksək trayektoriyaya keçmək imkanları var - Vüsal Qasımlı

İqtisadiyyat Materials 19 Yanvar 2021 15:16 (UTC +04:00)
Azərbaycanda iqtisadi artımın yüksək trayektoriyaya keçmək imkanları var - Vüsal Qasımlı

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda indiki makroiqtisadi sabitlik, likvidlik imkanları, fiskal fəza və nəqliyyat-logistika şəbəkəsi iqtisadi artımın yüksək trayektoriyaya keçməsinə əsaslar yaradır.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Azərbaycanın iqtisadi artım perspektivləri barədə danışarkın deyib.

V.Qasımlı vurğulayıb ki, Mərkəzi Bank genişləndirilmiş hökumətin tərkib vahidi kimi yeni kreditlər vermək və bazardan xarici valyuta almaqla manatla pul kütləsini artırır. Hökümət isə dövlət büdcəsinin kəsiri ilə pul kütləsini böyüdür. Pul təklifinin artmasına uyğun olaraq faizlərin enməsi üçün real sektordakı risklər də azaldılmalıdır ki, bankların risk antipatiyası azalsın. Bu halda Azərbaycanda pul multiplikatoru, yəni bankların pul yaratmaq qabiliyyəti də yüksələcək və real sektor böyüyəcək.

Özəl sektora verilən yerli kreditlərinin ÜDM-ə nisbəti göstəricisinə görə Azərbaycanı Avropa və Mərkəzi Asiya (yüksək gəlirli ölkələri istisna olmaqla) ilə müqayisə edəndə, ölkəmizdə bu göstəricinin iki dəfə artırılması imkanının olduğunu görürük. Ənənəvi banklarla paralel rəqəmsal bankçılıq və elektron kredit platformaları da Azərbaycanda daha geniş tətbiq edilə bilər. Azərbaycan həm də yerli şirkətlərin bazar kapitallaşdırılmasının ÜDM-ə nisbəti göstəricisinə görə də Avropa və Mərkəzi Asiyanın (yüksək gəlirli ölkələri istisna olmaqla) 27,8 faizlik həddinə çatması üçün böyük potensiala malikdir.

Bütövlükdə, real sektorun maliyyələşdirilməsi həm bank sektorunun, həm də qiymətli kağızlar bazarının hesabına bir neçə dəfə artırıla bilər. Azərbaycanda ümumi yığımın ÜDM-ə nisbəti 2019-cu ildə 29 faiz olmaqla həm Avropa və Mərkəzi Asiyanın (yüksək gəlirli ölkələri istisna olmaqla) 26 faizlik, həm də dünya üzrə orta 25 faizlik göstəricini üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti