Bakı. Elnur Bağışov - Trend:
Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi İranın Azərbaycanla Ticarət İnkişafı Komitəsinin sədri təyin olunub.
Trend-in məlumatına görə, qərara əsasən, İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Gilan, Zəncan vilayətlərinin valiləri, İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatası, İranın Kooperasiya Palatası, qeyd olunan vilayətlərin Sənaye, Mədən və Ticarət Təşkilatları və digər əlaqədar qurumlar Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında aktiv iştirak etmək istiqamətində lazımi icra proqramını tənzimləyəcəklər.
Qərarda əlavə olunub ki, qonşu ölkələrlə əməkdaşlıqların yüksəldilməsi, qeyri-neft ixracının artırılması üçün Cənubi Qafqazda yaranan imkanlardan maksimum istifadə edilməlidir.
Qərarda bildirilib ki, hazırlanan planlar barədə mütəmadi şəkildə İranın Sənaye, Mədən və Ticarət Nazirliyinə məlumat veriləcək.