...

Azərbaycan nefti bahalaşır

İqtisadiyyat Materials 10 Fevral 2021 10:33 (UTC +04:00)
Azərbaycan nefti bahalaşır

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 9-da 61,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,07 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,6 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,69 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti