...

OYGİB ilə ATBA arasında memorandum imzalanıb (FOTO)

İqtisadiyyat Materials 16 Fevral 2021 18:55 (UTC +04:00)
OYGİB ilə ATBA arasında memorandum imzalanıb (FOTO)

Bakı. Trend:

Odlar Yurdu Gənclər İctimai Birliyi (OYGİB) ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası (ATBA) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memoronduma əsasən, tərəflər turizm sahəsində gənclərin inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması, müştərək layihələrin hazırlanması, turizm və turizm blogerliyi araşdırmaları barəsində məlumat mübadiləsinin aparılması kimi məsələlərdə əməkdaşlıq edəcəklər.

Razılaşmaya əsasən tərəflər müxtəlif yerli və beynəlxalq tədbirlərin təşkil edilməsində, müxtəlif kampaniyalarının aparılmasında, layihələrin icra olunmasında birgə fəaliyyət göstərəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti