...

Pensiyaçıların 54 faizinin topladığı pensiya kapitalı bitib - Nazirlik

İqtisadiyyat Materials 23 Fevral 2021 12:28 (UTC +04:00)
Pensiyaçıların 54 faizinin topladığı pensiya kapitalı bitib - Nazirlik

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda pensiyaçıların 54 faizi artıq 12 ildən çoxdur ki, pensiya alır. Həmin vətəndaşların topladıqları sığorta kapitalı artıq bitib.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycanda gözlənilən ömür uzunluğu 77 il, pensiyaya çıxma yaşı isə 65-dir: “Arada 12 il fərq var. Bu gün Azərbaycanda 1 milyon 232 min pensiyaçı var. Biz vətəndaşın topladığı sığorta haqqını ona 12 il ərzində ödəməyi planlaşdırırıq. Əgər vətəndaş pensiyaya çıxdıqdan sonra 12 ildən çox yaşayırsa, onun pensiyasını kəsmirik. Məsələn, 90 yaşa çatan insanlar var ki, onlar pensiya almağa davam edirlər. Bu insanların topladıqları pensiya kapitalı artıq çoxdan bitib. Bu gün biz onların ödənişlərini Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına davam etdiririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti