...

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb

İqtisadiyyat Materials 4 Mart 2021 11:50 (UTC +04:00)
Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Ötən il ərzində Azərbaycana idxal oluan avtomobillərin sayı açıqlanıb.

Trend-in məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, 2020-ci il ərzində Azərbaycana 53729 nəqliyyat vasitəsi idxal olunub ki, bu da 2019-cu illə müqayisədə 12 faiz çoxdur.

S.Mehdiyevin sözlərinə görə, 2019-cu ildə ölkəmizə 47 709 nəqliyyat vasitəsi idxal olunub. Komitə sədri qeyd edib ki, ölkəyə idxal olunan avtomobillərin böyük əksəriyyəti istismar olunmuş avtomobillərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti