...

Azərbaycanda 31 rayon üzrə 248,2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilib

İqtisadiyyat Materials 10 Mart 2021 20:08 (UTC +04:00)
Azərbaycanda 31 rayon üzrə 248,2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilib

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

2010-2020-ci illər ərzində örüş-otlaqlardan Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 31 rayon üzrə 248,2 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib.

Trend-in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, icarəyə verilən 236,9 min hektar torpaq sahəsinin 148,8 min hektarında (63 faiz) əkin aparılıb. İcarəyə verilən torpaq sahəsinin 15,5 min hektarında (6 faiz) ayrılma məqsədinə uyğun hazırlıq və zəruri tikinti-quraşdırma işləri (torpaq hamarlama, şum, tikili-qurğuların inşası, meliorativ tədbirlər) görülüb. Torpaq sahəsinin 72,6 min hektarı (31 faizi) isə yeni təyinatı üzrə istifadə edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti