...

Qaz limitinin artırılması ilə bağlı təklifə RƏSMİ MÜNASİBƏT

İqtisadiyyat Materials 11 Mart 2021 07:58 (UTC +04:00)
Qaz limitinin artırılması ilə bağlı təklifə RƏSMİ MÜNASİBƏT

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti (NK) yüksək dağlıq əmsalı tətbiq olunan rayonlara güzəştli qaz limitinin artırılması ilə bağlı təklifə münasibət bildirib.

Trend-in məlumatına görə, NK 2020-ci il üzrə hesabatında açıqlayıb ki, tarif tənzimlənməsi həyata keçirilərkən gəlirlər təchizatçı subyektlərin yalnız zəruri xərclərini bağlayacaq səviyyədə nəzərə alınıb.

Bu baxımdan ölkənin hər bir regionunda aşağı tariflə illik istehlak həcminin yüksəldilməsi təchizatçının maliyyə nəticələrinə mənfi təsir etməklə həmin region üzrə xidmətlə bağlı yaranan xərclərin qarşılanması məqsədilə digər regionlarda illik istehlak həcminin azaldılması zərurətini yaradır. Bu da istehlakçılar arasında sosial ədalət prinsiplərinin pozulmasına səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti