...

Abşeron sanatoriyaları niyə az turist qəbul edir?

İqtisadiyyat Materials 5 Aprel 2021 13:09 (UTC +04:00)
Abşeron sanatoriyaları niyə az turist qəbul edir?

Bakı. İlhamə İsabalayeva - Trend:

Abşeron sanatoriyalarında marketinq reklam xidmətlərinin təşkil olunmaması, hətta internet portal və linklərinin yaradılmaması onların turist qəbulu imkanlarını minimuma endirir. Bunun nəticəsidir ki, bu sanatoriyaların xidmətlərindən xarici turistlər demək olar ki, istifadə etmir, əsas müştəriləri güzəştli yollarla gələn pasiyentlərdən ibarətdir.

Trend-in məlumatına görə, bu, Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Azərbaycanda müalicə-sağlamlıq məqsədilə aparılan araşdırma nəticəsində məlum olub.

Abşeron sanatoriyaları əsasən ixtisaslaşdırılmış müalicə-sağlamlıq xidmətləri təklif edir. Onların fəaliyyətinin əsas hissəsi AHİK üzvlərinə güzəştli müalicə-sağlamlıq xidmətləri göstərilməsindən ibarətdir. İstirahət və Spa hotellərinin əsas müştəri seqmentinin istirahət-əyləncə təyinatlı olması,
sağlamlaşdırma (SPA-velnes) xidmətinin azlığı, layihənin əsas məqsədinə uyğun olmaması, onların
araşdırılmasının məqsədəuyğun hesab edilməməsinə səbəb olub.

Abşeron sanatoriyalarında pasiyentlərin qəbulunda ümumi diaqnostik müalicələrin aparılması da geniş yayılıb. Bu sanatoriyalarda kompleks kurort xidmətlərinin göstərilməməsi, gələn turistlərin dinamikasına mənfi təsir edib, həmçinin onların rəqabət qabiliyyətini aşağı salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti