...

Rosaviasiya iki aviaşirkətə Bakı və Gəncəyə uçuşlar üçün icazə verib

İqtisadiyyat Materials 6 İyul 2021 00:19 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) beş aviaşirkətə Azərbaycan, Misir, Kuba və İspaniyaya uçuşlar həyata keçirmək üçün icazə verib.

Trend-in "Kommersant"a istinadən verdiyi məlumata görə, bu barədə qərarı Rosaviasiyanın rəhbəri Aleksandr Neradko imzalayıb.

Qərara əsasən, "S7" və "North Wind" aviaşirkətlərinə Perm şəhərindən Azərbaycanın Bakı və Gəncə şəhərlərinə uçuşlar üçün icazə verilib.

Bildirilir ki, bu istiqamətlərdə "S7" aviaşirkəti həftədə 3 uçuş, "North Wind" aviaşirkəti isə həftədə 7 uçuş həyata keçirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti