...

Pakistan Azərbaycana manqo ixracını planlaşdırır (FOTO)

İqtisadiyyat Materials 13 Avqust 2021 16:51 (UTC +04:00)
Pakistan Azərbaycana manqo ixracını planlaşdırır (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Ümid edirik ki, yaxın zamanlarda Pakistan manqosu Azərbaycan bazarında əlçatan olacaq.

Trend-in məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Bakıda keçirilən Pakistan Manqo Festivalında deyib.

Səfir bildirib ki, manqo Pakistan mədəniyyətinin, folklorunun bir parçasına çevrilib: “Ölkəmiz manqo ixrac edən ölkələr arasında liderdir”.

O bildirib ki, Cənubi Asiya manqoları ölkənin Cənubi Pəncab regionunda yetişir:

"Pakistanda manqoların 100-dən çox növü yetişir və bu gün festivalda bir neçə növ təqdim olunur və ümid edirik ki, gələcəkdə pakistanlı iş adamları geniş çeşidi Azərbaycan bazarına gətirəcək”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti