Bakı. Fəxri Vəkilov - Trend:
Azərbaycan kritik əhəmiyyət daşıyan neft və qaz ehtiyatlarını tədarük etməklə təkcə regionda deyil, həm də Avropa İttifaqının cənubunda enerji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır.
Bunu Trend-ə “Naval Postgratuade School”un (ABŞ) əməkdaşı, ekspert Arnold Düpüi deyib.
O bildirib ki, dünyanın digə hissələrində də Azərbaycanın neft və qazına böyük tələbat mövcuddur: "Azərbaycan, əlbəttə ki, Xəzər regionunda və Mərkəzi Asiyada enerji təhlükəsizlitynin təmin olunmasında böyük rol oynayır".
Qeyd edək ki, sentyabrın 6-dan 10-dək ADA Universiteti nəzdindəki Aİ məsələləri üzrə bilik mərkəzi NATO-nun enerji təhlükəsizliyi sahəsində qabaqcıl təcrübə mərkəzi, Ali Hərbi Dəniz Məktəbi, BP Azərbaycan və Azərbaycan Dövlət Neft Şirkəti ilə birgə "Qafqaz-2021" Regional enerji təhlükəsizliyi üzrə genişləndirilmiş simpozium keçirəcək.
Твиттер: @vakilovfaxri
(Tərcümə: Orxan Nəbiyev)