...

Britaniya karbon qazı çatışmazlığı ilə üzləşib

İqtisadiyyat Materials 23 Sentyabr 2021 06:15 (UTC +04:00)
Britaniya karbon qazı çatışmazlığı ilə üzləşib

Bakı. Trend:

Böyük Britaniya səhiyyədən qida istehsalına qədər olan sahələri təhdid edən karbon qazı çatışmazlığı ilə üzləşir və problem digər Avropa ölkələrinə də yayılır.

Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə dünyanın ən böyük sənaye qazı tədarükçülərindən olan "Nippon Gases" xəbərdarlıq edir.

Ötən il "Nippon Gases" Avropada təxminən 1,5 milyard dollar dəyərində sənaye qazı satıb, cari il isə tədarüklər 50 faiz azalıb.

Digər ölkələrin sənaye nümayəndəliri təmsilində "American CF Industries Holdings" qazın qiymətinin artması səbəbiylə İngiltərədəki iki fabrikdə fəaliyyətini dayandırıb və İngiltərə səlahiyyətliləri fəaliyyətini davam etdirə bilməsi üçün şirkətə maliyyə yardımı etmək məcburiyyətində qalıblar. İngiltərə hökuməti "CF"ni yalnız bir neçə həftə dəstəkləyə biləcəyini və bunun ölkəyə "bəlkə də on milyon funta" başa gələcəyini bildirib.

Keçən həftə Norveç gübrə istehsalçısı "Yara International" yüksək qaz qiymətləri səbəbiylə Avropa zavodlarında ammonyak istehsalını təxminən 40 faiz azaldacağını elan edib.

Qeyd edilir ki, gübrə istehsalçılarından başqa qazın qiymətindəki sıçrayış elektrik təchizatçılarını da təsir edib və bu onlardan bəziləri artıq iflas ərəfəsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti