Bakı. Çingiz Səfərli - Trend:
Sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənilməsi başa çatdırılıb.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi də həyata keçirilib.
Müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.
Twitter: @cingizsafarli