...

SOCAR neft ve qaz hasilatını artırıb

İqtisadiyyat Materials 14 Oktyabr 2021 17:19 (UTC +04:00)

Bakı. Trend:

Şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz çıxarılmış və beləliklə, SOCAR əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 10%, qaz hasilatını isə 9% artırmışdır.

Trend SOCAR-a istinadən xəbər verir ki, şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunmuşdur.

2021-ci ilin üçüncü rübündə ölkə üzrə 8,7 milyon tona yaxın4 neft, 11,3 milyard kubmetrdən artıq qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 6%, qaz hasilatında isə 38.6% artımın qeydə alınması deməkdir. Neft hasilatının artımı əsasən OPEC+ razılaşması çərçivəsində hasilata tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşaldılması ilə bağlı olub.

Şirkət üzrə 20 min metrdən artıq qazma işi həyata keçirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti